QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalaraq yaralanıb.
Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan evə qayıdarkən bir neçə sahibsiz itin hücumuna uğrayıb. Yaxınlıqda yaşayan sakinlər səs-küyü eşidərək hadisə yerinə gəlib və qızı itlərdən xilas ediblər.
Məktəbli hücum zamanı ayağından xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.