QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Sazişin təsdiqi və icrasına icazə verilməsi haqqında qanunu imzalayıb. Milli Məclis sənədi noyabrın 24-də qəbul etmişdi.
Qanuna əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1RSC Limited” arasında dəyişiklik edilmiş və yenilənmiş redaksiyada hazırlanmış Saziş qəbul olunub, təsdiqlənib və onun həyata keçirilməsinə icazə verilib.