QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini və nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu toplantısına qatılmaq məqsədilə Pakistanın İslamabad şəhərinə səfər edib.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Məmmədovu İslamabad Beynəlxalq Hava Limanında nazirliyin əməkdaşları qarşılayıblar.