QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev Bakıda dəfn olunub. Onun dəfn mərasimi “Qurd qapısı” qəbiristanlığında keçirilib.

Almaniyanın Fulda şəhərində dünyasını dəyişən sənətçinin nəşi Azərbaycana gətirilib. Dəfn mərasimində mədəniyyət xadimləri və mərhumun yaxınları iştirak ediblər.

Bundan əvvəl Təzəpir məscidində Arif Mirzəyevlə vida mərasimi təşkil olunub. Mərasimə mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və mərhumun yaxınları qatılıblar.