QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda keçirdiyi ictimai dinləmədə ölkənin mədəniyyətinin səviyyəsindən danışıb.

“İqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür, amma mədəniyyətimiz o səviyyədə deyil”, – deyə AYB sədri bildirib.

Rzayev xarici turistlərin Azərbaycan haqqında söylədiklərini xatırladaraq onların lülə-kababı dadlı, şəkərburanı isə daha dadlı hesab etdiklərini deyib. “Azərbaycan bu deyil axı! Azərbaycanı elə edək ki, turistlər muzeylərimizin qarşısında dayansınlar, bizim kitablarımızı oxusunlar”, – deyə o qeyd edib.