QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Prezident İlham Əliyevlə mətbuat qarşısında bəyanatlarla çıxış edərkən Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirib.
Ərdoğan çıxışının sonunda şeiri oxumaq istədiyini bildirərək bu misraları söyləyib:
“Birdir bizim hər halımız
Sevincimiz - məlalımız.
Bayraqlarda hilalımız.
Azərbaycan-Türkiyə!”