QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin tanınmış jurnalisti Fulya Öztürk Antalyada COP-31 tədbiri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.

Öztürk görüş barədə sosial media hesabında yazıb. O, Leyla Əliyeva ilə tanış olmaqdan sevindiyini bildirərək, videoda səslənən mahnının sözlərinin ona məxsus olduğunu qeyd edib.

Jurnalist mahnını ilk dəfə eşidəndə çox təsirləndiyini, hətta ağladığını yazıb. Öztürkün sözlərinə görə, ilahi təslimiyyətdən bəhs edən belə bir mahnını yalnız dərin qəlbli insan yaza bilər. O, Leyla Əliyevanı xüsusi ruha və gözəl insana malik şəxs kimi xarakterizə edərək, “Daha çox yazın, Leyla xanım” deyə müraciət edib.

Qeyd edək ki, videoda Xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Bilirəm” mahnısı səslənib. Bəstənin sözləri Leyla Əliyevaya məxsusdur.