QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi İİV-lə mübarizə tədbirləri proqramı üzrə ARV dərmanlarının satın alınması müsabiqəsini başa çatdırıb. Bu məqsədlə “EPİDBİOMED” MMC ilə 2 milyon 399 min 299,9 manat dəyərində müqavilə imzalanıb.
2004-cü ildə dövlət qeydiyyatına alınmış şirkətin nizamnamə kapitalı 10 manatdır. “Epidbiomed” MMC-nin qanuni təmsilçisi Məmməd Əli Əliyevdir.
2018-ci ildə şirkətin təsisçisi Namiq Əliyev və əvvəlki rəhbəri Surxay Mustafayev barədə vəzifə səlahiyyətlərindən sui-istifadə və dərman vasitələrinin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi başlanıb. Şirkətin ölkəyə saxta dərman idxal etdiyi məlum olub.