QafqazNews Haber Global-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 8 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edəcək.

Prezident Administrasiyasının İletişim rəhbəri Burhanettin Duranın sosial şəbəkə hesabında yaydığı açıqlamaya görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.

Açıqlamada bildirilir ki, Ərdoğan və İlham Əliyev səfər çərçivəsində ikitərəfli görüş keçirəcək, Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini müzakirə edəcək və bölgə ilə qlobal səviyyədə gedən inkişafları qiymətləndirəcəklər.

Səfərin proqramı və əlavə detallar barədə rəsmi mənbələr daha sonra məlumat verəcək.