QafqazNews Kommersant-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı münaqişənin nizamlanmasında iştirak etməyə davam edəcəyini bildirib.

Türkiyə Prezidentinin mətbuat xidməti xəbər verib ki, Ərdoğan diplomatik səylərin fəallaşdırılmasının müsbət nəticələrinə ümid etdiyini, Türkiyənin bu səylərə töhfə verməyə davam edəcəyini və həm Ukrayna, həm də Rusiya ilə əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Kommer­santın məlumatına görə, Rusiya, ABŞ və Ukrayna arasındakı danışıqlar 10–11 noyabrda Abu-Dabidə planlaşdırılıb. Tərəflər ərazi güzəştləri, deeskalasiya, müharibədən sonrakı təhlükəsizliyə təminatlar və humanitar əməliyyatları müzakirə etməyi nəzərdə tutur.

Mətbuat xidməti xatırladıb ki, Ərdoğan oktyabrın sonunda Trampa zəng edərkən danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.