QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistanın Lori vilayətindəki Tumanyan icmasının qazdoldurma məntəqəsində partlayış olub.
Hadisə yerinə dörd yanğınsöndürmə-xilasetmə heyəti göndərilib. İlkin məlumata əsasən, partlayış ərazidə quraşdırılmış kompressor sistemində baş verib.
Partlayış nəticəsində binanın bir hissəsi uçub. Xəsarət alan olmayıb, başlayan yanğın isə qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır.