QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin keçmiş direktoru Fazil Alməmmədov “Leyla Medical Center”in rəhbəri təyin olunub.

Alməmmədov bundan əvvəl Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra isə Nərimanov Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.

O, 22 aprel 2026-cı ildə TƏBİB rəhbərliyinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. Eyni qərarla Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da tutduğu postdan azad edilib.