QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Serbiyanın Kraquyevats şəhərindəki Birinci Texniki Məktəbdə baş verən atışma iki nəfərin xəsarət alması ilə nəticələnib.

Serbiya Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, polis məktəbin foyesində kiçikçaplı tüfəngdən atəş açmaqda şübhəli bilinən 17 yaşlı şagirdi saxlayıb.

Qurum qeyd edib ki, yaralılardan biri, ehtimal ki, odlu silahdan açılan atəş nəticəsində, digəri isə qırılmış şüşə qəlpələri səbəbindən xəsarət alıb. Şagirdlər arasında zərərçəkən yoxdur.