QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksəlib. Onun vəzifə və rütbə yüksəlişi qısa müddətdə baş verib.

Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakıda anadan olub. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub.

Məmmədov gömrük orqanlarında fəaliyyətə 2015-ci ildə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatı nümayəndəsi — gömrük attaşesi təyin olunub.

Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsinə gətiriləndə Məmmədov gömrük xidməti mayoru idi. İki ay sonra polkovnik rütbəsi alan Məmmədova 29 yanvar 2026-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Mənbədə Məmmədov intellektual kadr kimi təqdim olunur. O, rus və ingilis dillərində sərbəst danışır.