QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonlarında Azərbaycana səfər edəcək.
Diplomatik mənbənin bildirdiyinə görə, səfər zamanı nazir Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. O, həmçinin noyabrın 23-də Bakıda təşkil olunacaq Azərbaycan-İtaliya biznes-forumuna qatılacaq.
Mənbə qeyd edib ki, tədbirdə iştirak üçün Tayanini energetika, infrastruktur və başqa sahələrdə çalışan 100-dən artıq İtaliya şirkətinin təmsilçisi müşayiət edəcək.