QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindəki İmişli-Kürdəmir yolunda DAF markalı yük avtomobili KIA markalı minik maşını ilə toqquşub.
Qəza nəticəsində KIA-nın sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov və sərnişin, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həyatını itirib. Minik avtomobilindəki digər sərnişin, 1981-ci il təvəllüdlü Mənsur Rzayev, eləcə də yük maşınının sürücüsü, 1982-ci il təvəllüdlü Emin Ələkbərov xəsarət alıblar.
Gülrəng Əliyeva ilə yaralanan Mənsur Rzayevin ər-arvad olduğu bildirilir. KIA-da olan üç nəfərin Füzuli rayonundan olduğu qeyd edilir.
Hadisə ilə bağlı araşdırma aparılır.