QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bakının Xətai rayonu, Cavanşir küçəsində yerləşən obyektdə qanunsuz tikinti aparıldığı iddia olunub.

Ətrafda yaşayanların sözlərinə görə, tikili uzun müddətdir mövcuddur.

Obyektin nümayəndəsi həmin yerin anbar kimi istifadə edildiyini bildirib. Onun sözlərinə görə, tikili qanunidir və buna dair çıxarış təqdim edib. Nümayəndə aparılan işlərin təmir-bərpa xarakteri daşıdığını deyib.

O, işlərin hələ tamamlanmamasını son iki gündə yağan yağışlarla əlaqələndirib.