QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib. Qərar elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib.

Coğrafiya elmləri doktoru, professor İmanov universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini tuturdu. O, 2021-ci ildən bu postda çalışırdı.

Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasına rəhbərlik edib, həmçinin Coğrafiya fakültəsinin dekanı olub.