QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakıda 23 ümumtəhsil müəssisəsinin rəhbəri dəyişib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki həmin müəssisələrə yeni direktorlar təyin edilib.
Yeni vəzifəyə başlayan rəhbərlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, 2026-2027-ci tədris ilində MÜTDA-nın müvafiq əmrləri əsasında paytaxtda ümumilikdə 27 ümumtəhsil müəssisəsinə direktor təyin olunub.