QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Aktual Gündəm” verilişinin yeni buraxılışı yayımlanıb.
Buraxılışda məktəblərin qış mövsümünə hazırlığı və şagirdlərin soyuq havada üst geyimində dərs keçmək ehtimalı müzakirə edilib. Təhsil müəssisələrində və evlərdə istilik çatışmazlığına görə məsuliyyət məsələsi də gündəmə gətirilib.
Proqramda müəllimlərin işə qəbulunda tətbiq olunan testlərin namizədlərin hansı bacarıqlarını qiymətləndirdiyi araşdırılıb. Yüksək nəticə göstərən şəxsin sinifdə də uğurlu müəllim olub-olmayacağı sualı müzakirə mövzusu olub.
Buraxılışda, həmçinin İranın TRIPP-ə qarşı çıxması və Moskvanın bu məsələdə tuta biləcəyi mövqe barədə danışılıb. Proqramda digər aktual suallara da aydınlıq gətirilib.