QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifələri üzrə işə qəbul başlayır.
2025-ci ildə keçirilən müvafiq müsabiqənin test imtahanında ən azı 40 bal toplayan namizədlər vakant yerlər üçün 25 noyabr–1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.
Müraciət edənlər şəxsiyyət vəsiqəsinin, eləcə də təhsil sənədinin surətini təqdim etməlidirlər. Mövcud vakansiyalarla BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələri üzrə tanış olmaq mümkündür.