QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qobustanın ümumtəhsil müəssisələrində beş yeni direktor fəaliyyətə başlayacaq.

Vakant vəzifələrə müsahibədən uğurla keçən namizədlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmri ilə təyin olunublar.

Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ədalət Kamalov, Təklə kənd tam orta məktəbinin rəhbəri Gülnar Atamoğlanova, Xilmilli kənd tam orta məktəbinin direktoru isə Günel İmaməlizadə olub.

Yaşar Sadiqov adına Çelov kənd ümumi orta məktəbinə Şahin İbrahimov, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbinə isə Buğday Azadə rəhbər təyin edilib.

Yeni direktorlar məktəb kollektivlərinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qobustan rayon komitəsinin sədri Mahir Soltanovun və Təhsil Sektorunun əməkdaşlarının iştirakı ilə təqdim olunublar.