QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, dövlət qulluğuna qəbul üzrə test imtahanının proqramında dəyişiklik edilməsi gözlənilir. Yeni modeldə informatika və Azərbaycan dili fənləri ləğv olunacaq, onların yerinə emosional intellekt əlavə ediləcək.
Namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunması nəzərdə tutulur. Sualların bölgüsü belə olacaq: qanunvericilikdən 50, məntiqdən 30, emosional intellektdən isə 20 sual.
Hazırkı qaydalara görə, imtahanda qanunvericilik üzrə 40, məntiq üzrə 30, informatika və Azərbaycan dili fənlərinin hər biri üzrə 15 sual verilir. Yeni sistemlə hüquqi biliklərlə yanaşı, namizədlərin psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi planlaşdırılır.