QafqazNews TASS-a istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai ABŞ-dakı aviabiletlə bağlı problemlərin Vaşinqtonun İsrailə xərclədiyi milyardlarla dolların nəticəsi olduğunu bildirib.
Baqai Tehran brifinqində deyib ki, amerikalı rəsmilərin naviqasiya infrastrukturunun köhnəlməsi barədə açıqlamaları ABŞ ictimaiyyətinə ciddi sual doğurur: niyə Vaşinqton öz avadanlığını təmir etmək əvəzinə regionda müharibəni qızışdırmaq və silah üçün milyardlarla vəsait xərcləyir.
O vurğulayıb ki, belə yanaşma ABŞ hakimiyyətinin öz xalqının ehtiyaclarına laqeyd münasibətindən və İsrailin regionu destabilizasiya edən siyasətinə tam tabe olmasından xəbər verir.
Xatırladaq ki, 13 noyabrda ABŞ Federal Mülki Aviasiya İdarəsi ölkədə bütün reysləri dörd saatdan artıq müddətə dayandırmışdı — bu, 25 ilin ən uzun ümumxalq səviyyəsində uçuşların dayanması oldu. Cümə və şənbə günləri 10 mindən çox reys ləğv edilmişdi. ABŞ nəqliyyat naziri Şon Daffi isə nasazlığı hava nəqliyyatının idarəetmə sisteminin “heç inanılmaz dərəcədə köhnə” olmasına və routerlərin yüklənməni daşımamasına bağlamışdı.