QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın (THY) yükdaşıma bölməsi olan “Turkish Cargo” İstanbul-İrəvan-İstanbul xəttində ilk planlı yük uçuşunu yerinə yetirib.

İlk reys noyabrın 15-də həyata keçirilib. Aviasiya üzrə ixtisaslaşan “Aeroportist” agentliyinin bildirdiyinə görə, uçuş regional idarəetmə və əməliyyat qrupunun koordinasiyası ilə təşkil olunub.

Yeni xəttin iki ölkə arasında yükdaşımaların daha səmərəli və etibarlı aparılmasına, həmçinin “Turkish Cargo”nun beynəlxalq logistika şəbəkəsinin genişlənməsinə töhfə verəcəyi qeyd edilib.

THY 2026-cı ilin martından İstanbul-İrəvan-İstanbul istiqamətində müntəzəm sərnişin uçuşları da həyata keçirir.