QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı Ukraynaya “Ukraine Facility” proqramı vasitəsilə təxminən 8 milyard avroluq maliyyə dəstəyi ayırmaq qərarını təsdiqləyib. Bu, proqramın işə düşdüyü vaxtdan bəri Kiyevə ediləcək ən böyük birdəfəlik ödənişdir.
Məbləğin təqribən 5 milyard avrosunun 2026-cı il üçün nəzərdə tutulan “Ukraine Support Loan” proqramı hesabına qarşılanması planlaşdırılır.
Vəsaitin köçürülməsi Ukraynanın “Ukrayna Planı” üzrə götürdüyü öhdəlikləri yerinə yetirməsi şərtinə bağlıdır. Plan ölkənin bərpası, yenidən qurulması və modernləşdirilməsi strategiyasını, həmçinin islahatların icra qrafikini əhatə edir.
“Ukraine Facility” 2024-cü il martın 1-dən qüvvədədir. Proqram 2024–2027-ci illərdə Ukraynaya bərpa, yenidənqurma və modernləşmə üçün qrant və kreditlər formasında 50 milyard avrodan artıq dəstəyin göstərilməsini nəzərdə tutur.