QafqazNews TASS-a istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) başkomandanı Əhməd Vahidi korpusun yeni raket şəhərciyini — raketlərin saxlanması, hazırlığı və buraxılması üçün nəzərdə tutulmuş yeraltı tunel kompleksini ziyarət edib.

İranın dövlət televiziya və radio şirkəti ziyarət görüntülərini yayıb. Vahidi burada bildirib: “Düşmərə olanlar baş verənlərin yalnız yolun başlanğıcıdır. Siz düşmənin alçaldılmasını və acizliyini görəcəksiniz, həqiqət yalan üzərində üstün gələcək”.

İİKK-nın Aerokosmik Qüvvələrinin komandiri briqada generalı Seyyəd Məcid Musavi də kompleksdə olub. Musavi iki müharibə arasındakı dövrdə qüvvələrinin potensialının artdığını, “düşməni qorxuda biləcək sürprizlər və effektiv məhsullar” yaradıldığını bildirib.

Musavi deyib ki, döyüş meydanı İranın nəzarətindədir və məhz Tehran hərbi əməliyyat teatrını müəyyən edir. O, aerokosmik qüvvələrin qüvvə tətbiqində və təhdidlərə qarşı hərəkətdə gecikməyəcəyini vurğulayıb.