QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkədəki enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini göstərmək üçün dövlət televiziyasının nümayəndələrini iş otağına dəvət edib.
İran mediasında yayılan məlumata görə, dövlət televiziyasının əməkdaşı prezidentin kabinetində çəkiliş aparıb və onun hansı şəraitdə çalışdığını lentə alıb. Pezeşkian otaqdakı işıqlandırma və istilik sistemlərinin tamamilə söndürüldüyünü nümayiş etdirib.
Prezident bildirib ki, bu tədbirlər enerjidən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər. O, havanın daha da soyuması halında əməkdaşların işlərini davam etdirmək üçün daha kiçik otağa keçə biləcəklərini də qeyd edib.