QafqazNews Interfax-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (KSIK) rəsmi nümayəndəsi Hüseyn Mohəbbinin sözlərinə görə, Tehran intensiv bombardman şəraitində belə silah istehsalı və saxlanmasını təmin etməyə qadir yeraltı hərbi komplekslər inşa edir.
Mohəbbi bildirib ki, hazırda KSIK raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını sürətlə yerüstü obyektlərdən yeraltına köçürür və bununla əlaqədar "yeraltı raket şəhəri" yaradılır. O qeyd edib ki, bu struktur İrana raket istehsalını davam etdirməyə imkan verir, halbuki rəqiblər onların ehtiyatlarının azaldığını düşünür.
Rəsmi nümayəndə həmçinin İranın stealth texnologiyaları sahəsində əldə etdiyi uğurlardan danışıb. Onun sözlərinə görə, təkmilləşdirmələr sayəsində iranlı raketlər və PUA hava hücumundan müdafiə sistemlərini aşa bilir və ABŞ-la və İsraillə döyüş əməliyyatları zamanı hədəfləri dəqiq vururlar.
"Bu gün KSIK Hava-Kosmik Qüvvələrinin istifadə etdiyi bütün silahlar yerli bilik və təcrübə əsasında istehsal olunur. Üstəlik, məhsullarımız düşmənə məxsus ələ keçirilmiş hərbi materialların ters mühəndisliyi nəticəsi deyil", - Mohəbbi vurğulayıb.