QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyəti ləğv edib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib.
Generalın sözlərinə görə, “İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib”.
Möhibi bildirib ki, İran mövcud təhdidlərə qarşı cavab vermək imkanlarını praktikada göstərəcək. Onun sözlərinə görə, ölkə asimmetrik müharibədə düşmənə gözləmədiyi istiqamətdən zərbə vurmaq qabiliyyətinə malikdir.