QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tabeliyindəki Sənaye və Texnologiya Kollecində işçilərin kütləvi şəkildə işdən azad edildiyi iddia olunur.

Məlumatda Pərvin Məmmədovanın kollecə şöbə müdiri təyin olunaraq vəzifəsinin icrasına başladıqdan sonra 10-dan artıq əməkdaşı müxtəlif bəhanələrlə işdən çıxardığı qeyd edilir. Bildirilir ki, həmin şəxslərə konkret və əsaslandırılmış səbəb göstərilməyib.

Kollecə hazırda Nazim Abışov rəhbərlik edir.

Məsələ ilə bağlı ADNSU və kollec rəhbərliyinin mövqeyini öyrənmək üçün universitetə sorğu göndərilib. Rəhbərlik açıqlama verərsə, onun mövqeyinin dərc olunacağı bildirilib.