QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan qadın voleybolçularının Super Liqasında “Naxçıvan” və “Azərmaş Abşeron” arasında keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanı Dövlət Gömrük Komitəsinin sədri və Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, eləcə də federasiyanın Naxçıvan filialının direktoru, Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev izləyib.
Matçdan sonra Şahin Bağırov “Naxçıvan”ın oyunçularını qələbə münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar diləyib.
Tribunada olan naxçıvanlı Ramil Əliyev komandasının qalibiyyətini sevinc və qürurla qarşılayıb. O, voleybolçulara növbəti oyunlarda uğurlar və yeni nailiyyətlər arzulayıb. Görüşün sonunda Ramil Əliyev idmançılarla xatirə fotosu çəkdirib.