QafqazNews Haber Global-a istinadən xəbər verir ki, İsrail kəşfiyyat xidməti Mossad-ın rəhbəri Roman Gofman İranla bağlı savaşın gələcəyini müzakirə etmək üçün Vaşinqtona səfər edib.
Haber Global-ın məlumatına görə, Gofman səfər zamanı xüsusilə CIA Direktoru Con Ratkliflə və Tramp administrasiyasından digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. İsrail rəhbərliyinin ABŞ-ın dəstəyi ilə İrana qarşı yeni hərbi əməliyyatın başlamasını istədiyi bildirilir.
Mənbə yazır ki, Baş nazir Binyamin Netanyahu da ABŞ Prezidenti Donald Trampla görüşlərində yenidən hücum seçimini masaya qoyub və Vaşinqtona təzyiqi davam etdirib.
Reuters-ə istinadən xəbərdə isə Vaşinqtonun hələ yeni hücum qərarı vermədiyi vurğulanır. Trampın yaxın çevrəsinə bildirdiyi kimi, İran və ya Yəməndəki Husi qüvvələrindən yeni provokasiya olmaması halında hücumların dayandırılmasını nəzərdən keçirə biləcəyi qeyd olunub.
Eyni zamanda ABŞ administrasiyası diplomatik səyləri dəyərləndirir, lakin hərbi hazırlıqlardan da geri durmur. Orta Şərqə üçüncü bir daşınan aviasiya dəstəsinin göndərilməsi regiondakı hərbi hərəkətliliyin davam etdiyini göstərir.
İsrailin Vaşinqtona təzyiqi davam etdiyi halda, Trampın verəcəyi qərar Orta Şərqdəki gərginliyin gələcək istiqamətini müəyyən edəcək. Beynəlxalq ictimaiyyət hazırda Ağ Evin mümkün hücum qərarına diqqət yönəldib.