QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının rəhbəri Qadi Ayzenkota yeni hökuməti qurmaq üçün mandat verəcək. Hersoq qərarı Ayzenkota və hazırkı Baş nazir Benyamin Netanyahuyla bölüşüb. Prezident bundan əvvəl müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə əlavə görüşlər keçirib.
Yeni Knessetdə təmsil olunan siyasi partiyalarla aparılan məsləhətləşmələrdə 120 deputatın mövqeyi nəzərdən keçirilib. Nəticədə Ayzenkot baş nazir postuna 67 millət vəkilinin dəstəyini alıb, Netanyahuya isə 46 deputat dəstək verib.
Knessetdə 7 yerə malik “Tövrat yəhudiliyi” partiyası namizədlərdən heç birinin lehinə mövqe bildirməyib. Ərəb partiyaları isə Ayzenkotun namizədliyini dəstəkləyiblər.
Mandatın rəsmiləşməsindən sonra Ayzenkotun hökuməti formalaşdırması üçün 28 gün vaxtı olacaq. Ehtiyac yaranarsa, prezident bu müddəti əlavə 14 gün uzada bilər.
Yeni kabineti qurmaq üçün Ayzenkot başqa siyasi partiyalarla razılığa gəlməli və Knesset deputatlarının çoxluğunun dəstəyini əldə etməlidir.