QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti dövlətə məxsus hüquqi şəxslərin fəaliyyətinə dair 2019-cu il 4 iyun tarixli qərara dəyişiklik edib. Yeni qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, həmin hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus verilməsi zamanı müəssisənin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi nəzərə alınmayacaq.

Söhbət paylarının və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin nəticələrə əsaslanan ödəniş sistemi üzrə idarəetmə orqanı üzvlərinin mükafatlandırılmasını tənzimləyən qaydadan gedir.