QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, noyabrın 25-də Lənkəran rayonunun yeddi kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
Cari iş qrafikinə əsasən, saat 10:00-dan 12:00-dək “Hirkan” hava xəttində təmir aparılacaq. Bu səbəbdən Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndlərində yaşayan ümumilikdə 6 500 abonentin elektrik təchizatı dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa ediləcək.