QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limanın mərkəzindəki tarixi meriya binası Azərbaycan Dövlət Bayrağının rənglərində işıqlandırılıb.
UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən bina bu təşəbbüslə Azərbaycan və Peru arasındakı dostluq, qarşılıqlı hörmət və həmrəyliyi ifadə edir. İşıqlandırma iki ölkənin münasibətlərinin və xalqlar arasındakı həmrəyliyin rəmzi kimi qiymətləndirilir.
Meriya binası üç gün boyunca Azərbaycan Dövlət Bayrağının rənglərində işıqlandırılacaq.