QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İranla müharibəyə qarşı çıxanları “Şeytanın təsiri altında” adlandırması narazılıqla qarşılanıb.
Səfirin fikirləri sosial şəbəkələrdə, eləcə də ABŞ-dəki mühafizəkar çevrələrdə tənqid edilib. Bəzi istifadəçilər bu açıqlamaya görə Hakabinin vəzifədən kənarlaşdırılmasını istəyiblər.
Mayk Hakabi həmin fikirləri israilli aparıcı Əmir Tsarfatinin təqdim etdiyi “The Anchor Podcast” proqramında səsləndirib.
Hakabi iddia edib ki, Şeytan İranla müharibəni tənqid edənlərin “zehnini kor edib” və onların düşüncələrini ələ alıb. Onun sözlərinə görə, hərbi əməliyyatlara qarşı olan şəxslər “mənəvi qaranlıq” və “mənəvi korluq” içindədir. Müsahibənin bu hissəsi həftəsonu sosial şəbəkələrdə geniş yayılıb.