QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Zaqatalanın Kebeloba kəndində meşəlik sahədə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri onun tapılması üçün əməliyyata cəlb edilib. Axtarışlarda Xidmətin xüsusi hazırlıq keçmiş itlərindən də istifadə olunur.

Hazırda şəxsin itmiş ola biləcəyi istiqamətlərdə axtarış tədbirləri davam etdirilir.