QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, vakant direktor yerləri olan dövlət ümumi təhsil müəssisələrində işə qəbul üçün elektron sənəd qəbulu mərhələsi başlayıb. Namizədlər dekabrın 4-ü saat 17:00-dək https://miq.edu.az/direktor ünvanında qeydiyyatdan keçə bilərlər.

Müsabiqə mərkəzləşdirilmiş qaydada keçiriləcək və seçimlə müsahibə mərhələlərini əhatə edəcək. Seçim zamanı namizədlərin təqdim etdikləri məlumatların və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələdən uğurla keçənlər müsahibəyə çağırılacaqlar.

Müsahibəyə dəvətlər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla göndəriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət, problem həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Müsabiqənin nəticələri namizədlərə “Şəxsi səhifə” vasitəsilə bildiriləcək.