QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsində təhsil və elm sahəsi üçün 5,4 milyard manat nəzərdə tutulub. Bu məbləğ ümumi büdcə xərclərinin 12,6 faizini təşkil edir.
2025-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə gələn il üçün planlaşdırılan vəsait 538 milyon manat çoxdur.
2023–2027-ci illəri əhatə edən ortamüddətli dövrdə təhsil və elm xərcləri ümumilikdə 1 milyard manat artıb.