QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Yelo Bank və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov və UNEC-in rektoru Ədalət Muradov imza atıblar. Razılaşmanın məqsədi universitetdəki təhsili bank sahəsində praktiki təcrübə ilə uzlaşdırmaqdır.

Memorandum çərçivəsində tələbələrin bankın karyera və staj proqramlarına, eləcə də istehsalat təcrübələrinə cəlb edilməsi nəzərdə tutulur. Onlar kapital bazarları və maliyyə məhsulları ilə bağlı təlim və seminarlara qatılacaq, karyera günləri və sərgilərdə bank mütəxəssisləri ilə görüşəcəklər. Peşəkar təlimləri başa vuran iştirakçılara sertifikat veriləcək. Sənəddə digər əməkdaşlıq istiqamətləri də yer alıb.

Razılaşma tələbələrə dərslərdə qazandıqları bilikləri bank mühitində tətbiq etmək və bankçılığın müxtəlif sahələrini yaxından tanımaq imkanı yaradacaq. Mütəxəssislərlə görüşlər, təlimlər və vorkşoplar gənclərin əmək fəaliyyətinə başlamasına dəstək məqsədi daşıyır. Yelo Bank əməkdaşlıq vasitəsilə gənclərin karyera inkişafına töhfə verməyi və gələcək bank mütəxəssislərinin hazırlanmasında iştirak etməyi planlaşdırır.