QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Slovakiyanın qərbində yerləşən Modra şəhərində pedaqoji məktəbdə zərərli maddə sızıb və 40 nəfər xəstəxanaya yerləşdirilib.
Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun bildirdiyinə görə, xəstəxanaya aparılanların 25-i 15-17 yaşlı yeniyetmələrdir.
Məktəbdəki şagird və əməkdaşların təxliyəsinə xilasedicilər, yanğınsöndürənlər və polis cəlb edilib. Zərərçəkənlərin bir qismi sanitar aviasiya helikopterləri ilə tibb müəssisələrinə çatdırılıb.
Sızmanın nədən baş verdiyi və məktəblilərlə əməkdaşların hansı maddənin təsirinə məruz qaldığı hələ məlum deyil.