QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Şəkidə sahibsiz it 4 yaşlı qıza hücum edərək onu bud nahiyəsindən dişləyib.

Hadisə şəhərin Sabit Rəhman küçəsində baş verib. Bakı sakini olan Sevil Babazadə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Azyaşlıya zəruri tibbi yardım göstərilib. Quduzluğa qarşı peyvənd vurulduqdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.