QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ alimlərinin araşdırması gündəlik rejimi müntəzəm olan yaşlılarda fiziki ağrı və depressiya əlamətlərinin daha az qeydə alındığını göstərib.

Tədqiqatda 67 yaşlı şəxs iştirak edib. Onların 37-si yuxusuzluqdan əziyyət çəkib. Alimlər iştirakçıların yuxuya getmə, oyanma, qidalanma və digər gündəlik fəaliyyətlərinin nə qədər nizamlı olduğunu qiymətləndiriblər.

Nəticələrə əsasən, sabit rejim saxlayan şəxslər yuxularının keyfiyyətindən asılı olmayaraq daha az ağrı və depressiya əlaməti hiss etdiklərini bildiriblər. Tədqiqatçılar bu əlaqənin orqanizmin bioloji saatı ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Araşdırma gündəlik rejimin ağrını və ya depressiyanı birbaşa azaltdığını təsdiqləmir. Nəticələrin daha dəqiq müəyyənləşdirilməsi üçün genişmiqyaslı əlavə tədqiqatlara ehtiyac var.