QafqazNews Manset.az-a istinadən xəbər verir ki, abonent su və kanalizasiya xidmətlərinin dayandırılması üçün sukanal idarəsinə bir neçə üsulla müraciət edə bilər. Müraciət yazılı ərizə, elektron formada, qaynar xətt vasitəsilə və ya digər mövcud əlaqə kanalları ilə göndərilə bilər.

Daxil olan müraciətlərə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən baxılır və uyğun tədbirlər görülür.

Xidmətlərin dayandırılması ilə bağlı qərardan əvvəl abonentin su təchizatı və kanalizasiya üzrə borcu yoxlanılır. Həmçinin həmin ünvanda başqa istehlakçıların yaşayıb-yaşamadığı araşdırılır. Yoxlamanın nəticələrinə uyğun olaraq xidmət müvəqqəti dayandırılır.

Xidmətlərin yenidən aktivləşdirilməsi üçün də abonent ərizə ilə müraciət etməlidir. Proses 5 iş günü ərzində icra olunur.