QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, BakıKart balansına onlayn vəsait əlavə edildikdən sonra məbləğin karta köçürülməsi üçün onu validatora yaxınlaşdırıb oxutmaq tələb olunur.

BakıKartın məlumatına görə, balans artırıldıqdan sonra kart validator tərəfindən oxunmalıdır. Bu əməliyyatdan sonra məbləğ karta yüklənir, gediş haqqı tutulur və yenilənmiş balans ekranda görünür.

Beləliklə, internet üzərindən balansı artıran sərnişinlərin kartı validatora oxutması vacibdir.