QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, hüquqşünas və Vəkillər Kollegiyasının keçmiş üzvü Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmə Səfərovu 7 il müddətinə azadlıqdan məhrum edib.

Əvvəlki məhkəmə iclasında prokuror onun 8 il müddətinə həbs cəzası almasını təklif etmişdi.

İttihamda bildirilir ki, Günel Əfəndiyeva Səfərovla tanış olduqdan sonra o, Vəkillər Kollegiyasından çıxarılmasına baxmayaraq, qadına hüquqi yardım göstərə biləcəyini deyib. Həmçinin tanışları vasitəsilə Əfəndiyevanın vəzifəyə təyin olunmasına kömək edəcəyini vəd edərək ondan 53 min manat alıb. İttihama əsasən, vəd yerinə yetirilməyib.

Səfərova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi — külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq üzrə ittiham irəli sürülüb. O, təqsirini qəbul etməyib.