QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Neuralink-in klinik sınaqlarına qatılan şəxs beyin implantından istifadə edərək “GTA VI” videooyununu oynayıb.

İlon Maskın yaratdığı neyrotexnologiya şirkəti sınağın görüntülərini “X” sosial şəbəkəsində paylaşaraq bu barədə məlumat yayıb. Videoda iştirakçının müxtəlif nəqliyyat vasitələrini idarə etdiyi, atışma və əlbəyaxa döyüş səhnələrində olduğu görünür.

Sınaq iştirakçısı bildirib ki, oyun personajını əsasən adsız barmağını yüngülcə vurmaqla idarə edir. “Qeympad”ın əlavə düymələrindən isə ayaqlarını hərəkət etdirərək istifadə edə bilib.