QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 2025/2026-cı tədris ilinin başlanğıcında Azərbaycanda cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən beş ümumtəhsil məktəbində 637 nəfər oxuyub.

Onlardan 437-si X və XI siniflərdə təhsil alıb. Bu göstərici həmin məktəblərin şagirdlərinin təxminən 69 faizini təşkil edib.

Ötən tədris ilinin əvvəlində bu məktəblərdə 666 şagird qeydə alınmışdı. Beləliklə, bir il ərzində şagirdlərin sayı 29 nəfər azalıb, məktəblərin sayı isə dəyişməyərək beş olub.